Kiyevdə Azərbaycan səfirliyi əməkdaşının idarə etdiyi avtomobil qəza törədib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, öncə səkiyə, sonra yolun əks istiqamətinə çıxan avtomobil "Renault markalı maşına toqquşub, ardınca isə "Toyota markalı maşına dəyib.

"Renault markalı avtomobilin sürücüsünün ciddi xəsarət aldığı bildirilir. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və həkimlər briqadası cəlb olunub.