Unikal.org primetime.az-a istinadən xəbər verir ki, ötən gün Xəzər TV-də tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan "5-də 5" verilişinin budəfəki qonaqlarından biri əməkdar artist Zöhrə Abdullayeva olub. 
Tanınmış sənətçi, aparıcının suallarını cavablandırıb. 

-Müğənni kimdir? 
- Müğənni, elin, obanın ruhunu oxşayan bir adamdır. Müğənni, ailəsini, sülaləsini dolandıran möhlətkeş varlıqdır. 

-Müğənniliyə necə başlamaq olar? 
-Mən müğənniliyə 2 yaşımdan başlamışam. Özü də çətin mahnı oxumuşdum. 

-Sizi səhnədən məhrum etmək istəyən, əl-qolunuzu bağlayan, evə dustaq etmək istəyən kim idi?
 -Bu barədə danışmayacam. Heç kim... Zaur sən yenə başladın belə suallar verməyə?! Qal nigaran, deməyəcəm. 

-Hansı müğənniyə baxıb, güzgünün qarşısında saçını darayıb, oxuyurdunuz? 
-Zeynəb Xanlarovaya...

 -İlk dəfə əlindən tutub, toya apardığın, daha sonra sənin zəhmətini yerə vuran müğənni kimdir?
 -Elə müğənni yoxdur. Mən kimə rast gəlmişəmsə, elə toyda olub. Əlindən tutub səhnəyə çıxara bilərəm. Amma toya yox. 

-Dərdinizdən ölən kişi müğənni kimdir?
 -Yalan danışma da, ay Zaur. Elə bir insan yoxdur axı.

 -Həmişə rəfiqədən narazı olmusunuz. Bəs rəfiqə kimdir? Tərifini deyin.
 -Rəhmətlik valideynlərim deyərdi ki, qız uşağının rəfiqəsi olmaz. Kürəkdən zərbə vurana, paxıllıq edənə rəfiqə deyilir.