Fransa Liqa 1 "Nitsa" sürprizi davam edir.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, həmişə birinciliyin ortabablarından biri olan komanda bu mövsümün startından bəri ardıcıl 9 oyundu ki, məğlub olmur.

Komanda bu görüşlərin,sadəcə, ikisində xal itirib, digər 7 oyunda isə 3 xal aktivə yazılıb.

Maraqlıdı ki, sonuncu dəfə 1975/76 mövsümündə çempionata belə start verən komanda düz 40 il sonra yenidən azarkeşlərini sevindirir.