Bakıda keçirilən bal yarmarkasına Balakəndən içərisi balla dolu ağac gətirilib.

Unikal.org ATV-yə istinadən xəbər verir ki, arıçı İlqar Məmmədov bu balın ərsiyə gəlməsi üçün 1 il əziyyət çəkdiyini deyib:

"Bu, Qaxın Üzümlü kəndinin qayalarında yerləşdirilib və oranın çiçəklərindən düzələn baldır. Burda 60 kq-a yaxın bal var. İnsan əli dəymədən arı özü toplayıb.

Qeyd edək ki, yarmarkada iştirak üçün 270 fermer iştirak edir.