Dünya şöhrətli avstaliyalı model Miranda Kerrin Malibudakı malikanəsində qanlı hadisə törədilib.

Unikal.org-un "Spletnik.ruya istinadən verdiyi məlumata görə, evə hasardan daxil olmaq istəyən naməlum şəxs mühafizəçi ilə toqquşub və onun gözünə bıçaqla zərbə endirib. Mühafizəçi də öz növbəsində cinayətkarı başından güllələyib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

33 yaşlı Miranda ilə oğlu Flipp hadisə baş verən zaman evdə olmayıb.

Hadisənin şahidləri isə modelin qonşuları olub.

Miranda Kerr hələ ki, məlumatı şərh etməyib.