Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə yolun 438-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

"QAZel və "VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayon sakini 1974-cü il təvəllüdlü Ədalət Namazov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.