Xaçmaz rayonu, Arzu kəndində 1972-ci il təvəllüdlü, Novruzov İlqar Məmmədəli oğlu bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, həkinmlərin cəhdlərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan yaralını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun böyük köməkçisi Əlibala Şahverənovun verdiyi məlumata görə rayonun hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Hadisə ilə bağlı prokurorluq qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb