Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulacaq. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq ki, hər iki matç Bakıətrafı qəsəbələrdə oynanılacaq.

Günün ilk oyununda AZAL "Kəpəzi qəbul edəcək. Turnir cədvəlinin ikinci yarısında qərarlaşmış komandaların duelində qonaqlar ardıcıl qələbəsiz oyunlara son qoymaq üçün vuruşacaqlar. "Sumqayıt "Qarabağa uduzduğu üçün qələbə gəncəliləri bir pillə irəli aparacaq. Tərlan Əhmədovun komandası isə mövsümdəki ilk qələbəsinin intizarındadı. "Təyyarəçilər qalib gələcəkləri halda son pillədən qurtula bilməsələrdə, hərhalda xal ehtiyatı baxımdan irəli düşəcəklər.

Turun son oyununda isə Zirədə "Neftçi eyniadlı komandanın qonağı olacaq. Mövsümün iki uğursuzunun dueli maraqla gözlənilir. Ötən il debüt mövsümündəcə gümüş medallara sahib olan Adil Şükürovun yetirmələri köhnə günlərin həsrətini yaşasa da, heç vaxt uduzmadığı "Neftçi önündə qələbə qazanmağa iddialıdı. Çünki aşağı pillələrdən qurtulmağın tək yolu xal ehtiyatını artırmaqdı. Tarixinin ən uğursuz dönəmini yaşayan, antirekordları sıralamaqdan "doymayan "ağ-qaralar "Zirə sindromunu qırmaq istəyindədi. Hadisələrin uğurlu axarında ("Kəpəz "Zirə ilə heç-heçə oynasa) 4-cü pilləyədək irəliləmək imkanı olan Elxan Abdullayevin yetirmələri sondan 2-ci yerdən uzaqlaşmaq üçün mübarizə aparacaq.
Topaz Premyer Liqası
VIII tur
16 oktyabr (bazar)
16:00. AZAL - "Kəpəz
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
"AZAL Arena
I dövrədəki oyun - 0:0
18:30. "Zirə - "Neftçi
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadion
I dövrədəki oyun - 1:0



Bombardir: Baqali Dabo ("Qəbələ) - 7.