Xəbər verdiyimiz kimi, vəfat edən xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, mərhum müğənninin bacısı Quliyeva Gülbahar "Qafqazinfo"ya açıqlamasında xalq və dövlət tərəfindən İlhamə Quliyevaya böyük dəyər verildiyini bildirib:

"Bacım, respublikanın xalq artisti, görkəmli sənətkar İlhamə Quliyevanın vəfatı ilə bağlı bizə verilən başsağlığına, bu ağır günümüzü bizimlə bölüşdüyünə görə ailəmiz adından dövlət rəhbərliyinə, xalqımıza dərin minnətdarlığımı bildirirəm".