Portuqaliya Kubokunda 1/32 final mərhələsinin oyunları davam edir.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Kamran Ağayevin şərəfini qoruduğu "Boavista" "Leiria" ilə qarşılaşıb. Millimizin qapıçısı üçün Portuqaliya Kubokundakı debüt uğurlu alınıb. Görüş "damalılar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, sözügedən komanda 1/16 finalda "Santa İria" - "Gimarayş" cütünün qalibi ilə üz-üzə gələcək.