Futzal üzrə UEFA kubokunun elit-raundunun iştirakçılarının hamısı bəlli olub. 

Unikal.org-un Apasport.az-s istinadən məlumatına görə, yarışa birbaşa bu mərhələdən başlayacaq 4 komandaya daha 12-si qoşulub.

Bununla da Azərbaycan çempionu "Arazın 14 potensial rəqibi müəyyənləşib. Belə ki, komandamız elit-mərhələyə eyni qrupdan yüksəldiyi Kosovanın "Feniks klubu istisna olmaqla qalan bütün komandalarla qarşılaşa bilər.

Rusiyanın "Dinamo və "Yuqra, İspaniyanın "İnter, Qazaxıstanın "Kayrat klubları isə birbaşa elit-raunda qatılacaq.

Qalan komandalar isə Kosovonun "Feniks, Portuqaliyanın "Sportinq, Çexiyanın "Xrudim, Latviyanın "Nikars, Rumıniyanın "Tırqu Mureş, Macarıstanın "Györi, Sloveniyanın "Maribor, Almaniyanın "Hamburq, Serbiyanın "Ekonomaç, Xorvatiyanın "Nasional, İtaliyanın "Real kollektivləridir.
Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 21-də atılacaq.