Latviya I liqasında XVII turun oyunları keçirilib. 

Unikal.org Fanat.Az-a istinadən xəbər verir ki, Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" doğma meydanda "Valmiera" ilə qarşılaşıb.

Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 67-ci dəqiqədə mübarizəyə qoşulub.

Oyunda hesabı komandasının bombardiri olan Vüqar açıb. O, 3-cü dəqiqədə fərqlənib. Amma komandası hər hissədə bir qol buraxmaqla meydanı məğlub tərk edib. Əsgərov 85-ci dəqiqədə sarı vərəqə də alıb.

Bu oyunda da fərqlənməklə Əsgərov vurduğu qolların sayını 36-ya çatdırıb. Həsənəliyev isə cari mövsümdə 10 qol vurub.

Qeyd edək ki, geridə qalan turlarda 56 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.