Futbol üzrə İtaliya çempionatında 8-ci turun oyunları keçirilib.

Unikal.org Azerisport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Atalanta" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 9 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.