Uzun müddətdir şou-biznesi kənardan izləyirəm. Kiminə güldüm, kiminə özlüyümdə təşəkkür etdim. Hər kəs öz mədəniyyətini, daxilində olanı ortaya qoydu".

Unikal.org xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni illərlə küsülü olduğu mərhum xalq artisti İlhamə Quliyevadan bəhs edib:

"Onu çoxdan əfv etdim. Çünki hadisəni başa düşmüşəm. Kimlərinsə qarşısında özlərini yaxşı göstərmək üçün aciz fikirlər deyiblər. Qorxaq, ikiüzlülərə baş qoşmuram. Onlara cılız kimi baxıram".