Qədimdən yapon qadınları kosmetologiyada düyü dəmləməsindən istifadə ediblər. Düyü təbiətin insanlara bəxş etdiyi əsl möcüzədir.

Düyü - güclü antioksidantdır. Üz dərisini qırışlardan və günəşin ziyanlı şüalarından qoruyur. Həmçinin düyünün tərkibində yüksək E vitamini, ürəyi gücləndirən və qanda xolesterini aşağı salan zəngin mikroelemenlər var. Sizə aşağıda təqdim edəcəyimiz düyü maskası qırışlara qarşı çox effektli təsir edir.

Lazım olacaq:

  • 3x.q düyü;
  • 1x.q süd;
  • 1x.q bal;

Necə hazırlanmalı:

Düyü yuyulur, bişirilir, süzülür (suyu atılmır). İsidilmiş süd və bal düyü sıyığına qatılır,qarışdırılıb təmiz, quru dəriyə çəkilir. Quruyana kimi dəridə saxlanılır. Sonra üzü düyünün süzülmüş suyu ilə yumaq lazımdır. Düyü suyu antioksidant tərkibli olduğu üçün dərini qidalandırır və qan dövranını yaxşılaşdırır. Həmçinin, piqment ləkələrin getməsinə kömək edir və dərinin iltihabının qarşısını alır.

Bu maskanı həftədə 1 dəfə etmək lazımıdır. Bunu bir neçə dəfə etdikdən sonra, dərinizin 10 yaş cavanlaşdığını müşahidə edəcəksiniz.

unikal.org