Unikal.org-un türkiyə mətbuatına istindən məlumatına görə, müğənni Hadisə bir şirkətlə 4 il əvvəl imzaladığı 500 min avroluq müqavilənin şərtlərini pozub. Buna səbəb isə müğənninin bacıları Dərya və Hülya olub.

Müqavilədəki "1 il heç bir moda və elektron ticarət markasına aid reklamda yer ala bilməz" bəndinə əsasən verilən qərarda Dəryanın Hadisəni başqa firmaların libaslarını geyindirərək fotolarını paylaşdığı bildirilib. Digər bacısı Hülya isə Hadisənin bir zinət əşyaları firmasının stendinin qarşısında fotosunu çəkərək paylaşıb.

Müğənni məhkəmədə "Bacımın tanıtım işində hər hansı bir qazancım olmadı, sadəcə sosial səhifəmdə paylaşdım. Bacımın geyindiyi libaslar ya hədiyyə ya da pulla alınmışdılar" desə də, qərara təsiri olmayıb və Hadisə 250 min avro təzminat ödəmək məcburiyyətində qalıb.
Hadisə bacılarına görə 250 min ziyana düşdü