Quba-Xınalıq yolunda sürüşmə baş verib.

Unikal.org azertag-a istinadən xəbər verir ki, yolun 23-cü kilometrliyində baş verən sürüşmə nəticəsində dağlardan qopan qaya parçaları və torpaq-lil qatı yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hazırda yolun təmizlənməsi üçün əraziyə "Azəravtoyol ASC-nin 5 saylı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.