Türkiyənin Konya vilayətinin Ereğli mahalındakı tarladan başı bədənindən ayrılmış cəsəd tapılıb.

Unikal.org "Sabah"a istinadla bildirir ki, cəsəd tarlada işləyən kişi tərəfindən tapılıb. O, yer qazarkən torpaqda insan başı görüb. Başın ətrafını qazmağa başlayan kişi şoka düşüb. Belə ki, o, başın bədəndən ayrıldığını görüb. O, polisə xəbər verib. Polislər əraziyə gəliblər. Onlar bir neçə metr aralıda cəsədin qalan hissəsini tapıblar. Məsələ ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, cəsəd 4 uşaq atası Arslan Korhana aiddir.