"Bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Sputnik agentliyinə müsahibəsində deyib.
O, Azərbaycanda və ölkədən kənarda bununla bağlı hansı söhbətlərin getməsindən xəbərdar olduğunu bildirib: "Belə planlar yoxdur, buna ehtiyac görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam.