Qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. 

Unikal.org xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Azəravtoyol" ASC-nin 6 saylı idarəsinin əməkdaşları yolda hərəkəti bərpa ediblər.

Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.