2012-ci ildə ailə qurub, bir il sonra boşanan məşhur cütlük, rəqqasə Oksana Rəsulova və reper Elşad Xose yenidən bir arada görüntülənib. 

Unikal.org bildirir ki, onlar, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində maraqla izlənilən "Şah Qacar" tarixi əsərinin 50-ci nümayişini dostları ilə birgə izləyib. Kameralardan yayınmağa çalışan keçmiş ər-arvad, primetime.az-ın obyektivindən qaça bilməyib.

Xatırladaq ki, rəqqasə Oksana hələ ötən həftə "Xəzər maqazin" verilişində Elşad Xose ilə barışmaqları xəbərinə münasibət bildirib: "Elşadla küsməmişdik ki, barışaq. Birlikdə yaşamırıq, sevgili deyilik. Biz biri-birimizə doğmayıq. Hərə öz həyatı ilə məşğuldur".