Qusar rayonunun mərkəzi bazarında yanğın başlayıb.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Qusar Yanğından Mühafizə Xidmətindən "Report"un Şimal bürosuna bildirilib ki, hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib: 
"Yanğın hazırda davam edir. Yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaqdan ötrü tədbirlər görülür".