Azərbaycan Prezidenti İlham Əliyev Valeh Ələsgərovun 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sənədlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. 

2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Bundan əlavə, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavinidir.