Xalq artisti İlhamə Quliyeva mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mərhum İlhamə Quliyeva ilə bağlı dediyi sözlərə münasibət bildirib. 
Unikal.org Axşam.az-a istinadən verdiyi məlumatına görə, müğənni nazirin çıxış zamanı işlətdiyi iddia olunan "İlhamə Quliyevanı da şəhidlərin sırasına qatıram" cümləsinin yanlış anlaşıldığını bildirib:
"Bəlkə də ümumi mənzərə və ölkədə olan matəmin ağırlığı nazirin mərhum haqda fikirlərinə təsir edib. Əminəm ki, təbiətində olmayan, düşüncəsinə zidd olan fikri səsləndirmək niyyətində də deyildi. Mərhuma münasibət göstərmək ona verilən ordenlə (layiq olub-olmaması tam başqa mövzudur) protokola görə əməl olunur. Bunu sayğı, hörmətlə qarışdırmayın".
Qeyd edək ki, Ə.Qarayevin İlhamə Quliyeva ilə vida mərasimində dediyi sözlər etirazlara səbəb olub.