Unikal.org-un türkiyə mətbuatına  istinadən məlumatına görə, Trendyol markası ilə 4 il əvvəl imzaladığı 500 min avroluq müqaviləyə əməl etmədiyi üçün məhkəməlik olan Hadisə qarşı tərəfə 250 min avro təzminat ödəməliydi. Amma o, buna əməl etməyib.

"O səs Türkiyə yarışmasında münsif olan Hadisə çəkiliş zamanı icra nümayəndələrini studiyada görüb şok olub. Proqrama ara verib cəza kağızını göz yaşları içərisində imzalayan sənətçi daha sonra çəkilişlərə davam edib. Hadisə zamanı studiyada olanlar sənətçinin çəkilişə qayıdarkən boynundakı və qulağındakı zinət əşyalarının yerində olmadığını deyib. Borcuna görə müğənninin qızıllarını və pullarını əlindən alıblar.