Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində "Saloğlu mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış "Modern mebel fabrikinin açılışında iştirak edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısı əvvəlcə "Saloğlu mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış olub.

Sonra prezident İlham Əliyev "Modern mebel fabrikini işə salıb.

Azərbaycan prezidentinə yeni fabrik barədə məlumat verilib. Bildirilib ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Sonra prezident İlham Əliyevə "Saloğlu mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq "Venzana mebel fabriki barədə məlumat verilib. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.

Dövlət başçısı yeni fabrikin təməlini qoyub.