Tovuzda bədbəxt hadisə baş verib.

Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində Yolçu Hüseynova məxsus çörək bişirilən yardımçı tikilidə yanğın baş verib.

Hadisə nəticəsində Y.Hüseynov və həyat yoldaşı S.Hüseynova yanaraq vəfat edib.

Yanğının hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

***

Tovuz rayonunda ər və arvadın yanaraq ölməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. "Report" xəbər verir ki, ekpertizanın ilkin nəticələrinə əsasən, Sevda Hüseynova öldürüldükdən sonra yandırılıb.
Onunla birlikdə ölən əri Yolçu Hüeynovun isə ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.