Ağdamda mənzildə meyit tapılıb.
Unikal.org APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əliyeva Pəri Məzahir qızının meyiti ailəsi tərəfindən hamamda aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.