Futbol üzrə Portuqaliya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Unikal.org xəbər verir ki, offside.com.az saytına istinadən xəbər verir ki, Kamran Ağayevin formasını geydiyi "Boavişta klubu səfərdə "Leiriala qarşılaşıb.

Millimizin qapıçısı 90 dəqiqə meydanda olub. Görüş "Boaviştanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son zamanlarinamlı oyunu ilə seçilən K.Ağayev bu matçda da iki möhtəşəm qurtarışla yadda qalıb.

Qeyd edək ki, Ağayevin komandası 1/16 finalda "Santa İria - "Gimarayş cütünün qalibi ilə üz-üzə gələcək.