Quba rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Quba rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 19-da axşam saatlarında rayonun Banxanlı kəndində baş verib. 1968-ci il təvəllüdlü Şirinov Hafiz Hacıəhməd oğlu özünü yaşadığı evin həyətində asıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.