Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında dördgünlük aprel döyüşlərinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Murad Mirzəyev haqqında sənədli filmin çəklişlərinə başlanılıb.

ATXƏM-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tanınmış jurnalist Bəxtiyar Qaracanın "Bitməyən savaşın qəhrəmanları seriyasından olan sənədli film ictimayyətə 31 Mart - Azərbaycanlıların soyqırımı və milli qəhrəmanın doğum günü ərəfəsində təqdim olunacaq.

Filmdə aprel döyüşlərinin əhəmiyyəti, milli qəhrəmanın həyat və döyüş yolu haqqında geniş məlumat veriləcək.