Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şöbə müdiri Həsən Məmmədovu işdən azad edib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin vəzifədən azad olunması xəbərini icra hakimiyyətindən də təsdiqləyiblər.

Məsələ barədə Unikal.org-a danışan Həsən Məmmədov deyib ki, səhhətində yaranan problemlə bağlı xəstəxanadadır: Heç nədən xəbərim yoxdur. Hazırda müalicə alıram, səhhətim normal deyil, sağlamlığımla məşğulam. Vəzifə də ömürlük ola bilməz.

Qeyd edək ki, Həsən Məmmədovun xəstəxanaya yerləşdirilməsinin səbəbi Elmar Vəliyevlə aralarında yaranan insident olub.