Mark Zukerberq "facebook" səhifəsində qızının yeni fotosunu paylaşıb.

Unikal.org bildirir ki, gənc milyarder öz səhifəsində bu il dekabr ayında bir yaşı tamam olacaq qızının danışmağa başladığını yazıb. Körpənin ilk sözü nə ana, nə də ata olub. Qızcığaz Bist ləqəbli macar çoban itini çağıraraq valideynlərini təəccübləndirib. Mark paylaşdığı fotoya: "Maks Bisti sevir. Onun ilk sözü it oldu", - deyə qeyd edib.

Xatırladaq ki, Markın iti dünyada çox məşhurdur. "Facebook"un yaradıcısı ona hətta sosial şəbəkələrdə səhifə də açıb. O, bu səhifələrdə mütəmadi olaraq itinin şəkillərini paylaşıb.