Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır.

Unikal.org Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin müşaviri Yalçın Topçu deyib.

"Xocalı günümüzün məsələsidir. Xocalı faciəsi parlamentdə soyqırım kimi qəbul edilməlidir", - deyə Yalçın Topçu bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti özünü elə aparır ki, guya Xocalıda törədilən soyqırımı görmür.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb.(trend)