Türk müğənnisi Bayhan Zuhal Topalın "Evlilik" proqramına qatılıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Bayhan verilişin qalmaqallı iştirakçısı Hanifeni yaxından tanımaq istədiyini deyərək ona elçi düşüb.

Bayhanın təklifindən özünü itirən Hanife cablı yayımda utandığından qızarıb. O, müğənni ilə yaxından tanış olmaq təklifini qəbul edib.