Müğənni Əli Mirəliyev əməkdar və xalq artistlərini tənqid edib.

Unikal.org bildirir ki, "Hər şey daxil" verilişində qonaq olan qalmaqallı ifaçı yenə müğənniləri qınayıb:

"Mən əməkdar artist deyiləm, sadə müğənniyəm, olmaq da istəmirəm. Çünki əməkdar artistlər oxuya bilmir. Xalq artistlərinin bəziləri isə heç oxumağı bacarmır. Onlardan tək istəyim düz oxusunlar. Səsləri heç nota düşmür.

Ə.Mirəliyev parodiyadan danışıb. O bildirib ki, valideynləri həmişə onu ələ salırmış:

"Məni həmişə parodiya edirdilər. Ələ salırdılar ki, dilin bir metr bayıra çıxır. "S və "Şnı deyə bilmirdim. Güzgü qabağında saatlarla məşq edirdim, indi olmuşam normal müğənni.