Müğənni Günay İbrahimli tədbirlərin birində fotokamera qarşısına keçib.

Unikal.org bildirir ki, son günlər xeyli çəki aldığını deyən ifaçı axşam.az-a açıqlamasında pəhriz saxlaya bilmədiyini söyləyib:

"Mənim normal çəkim 53 kiloqramdır. Hazırda 58 olmuşam, 5 kiloqram atmalıyam. Pəhriz saxlaya bilmirəm, mənlik deyil. Amma idman edirəm. Şirniyyatı çox sevən biri necə pəhriz saxlasın?.

G.İbrahimli dadlı yeməklər hazırladığını bildirib:

"Elə bilirlər ki, müğənniyəm yemək bişirə bilmirəm. Xeyir, çox qəşəng yeməklər hazırlayıram. Düzdür, işimin çoxluğundan mətbəxə az girirəm. Amma bütün xörəkləri hazırlaya bilirəm.

İfaçı yeni film təklifi aldığını da deyib:

"Film, serial təklifi var, amma istəmirəm. Ssenariləri oxuyuram, əgər normal komanda olsa, filmə çəkiləcəm. Serial isə istəmirəm. Bizdə hamı komediyaya üstünlük verir. O da mənlik deyil".

"Pəhriz saxlamaq mənlik deyil" -  Günay+fotolar