Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, Hacıqabul rayonunun Qızılburun kənd sakini 1986-cı il təvəllüdlü Şahməmmədov Namiq Şəhriyar oğlu bu gün əkin sahəsində qoyun otaran zaman qıcolmadan orada olan gölə yıxılıb.

Namiq Şahməmmədov göldə boğularaq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.