"Mənim 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər.Bunu sübut edə bilməsəniz, alçaqsınız".

Unikal.org axar.az-a istinadən xəbər verir ki,  bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə büdcə müzakirələri zamanı HDP-dən olan millət vəkillərinin irəli sürdükləri "Ərdoğanın 3 milyard dollarlıq sərvəti var" iddialarına münasibət bildirərkən deyib.  

"Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı PKK-nın köləsinə çevrilən partiya (HDP) mənsubları yenə ləyaqətimə toxundular. Hər müzakirələrdə prezidentə hücum edirlər. 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Mən burdan o alçaqlara demək istəyirəm ki, bu iddianızı sübut etməlisiniz.   

Bəralərində mənəvi təzminatla bağlı cinayət işi açılacaq. Baş nazir olduğum dövrdə də mənə qarşı belə böhtanlar atıldı. O zaman müxalifətin rəhbər şəxsinə dedim ki, sübut edə bilməsən, alçaqsan. Olmayan şey sübut edilə bilməz".