Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib. 

Unikal.org-un məlumatına görə, Azərbaycan çempionu "Qarabağ da növbəti matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşırb. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar ilk qələbəsini qazanıb.

Oyun  təmsilçimizin üstünlüyü ilə  keçib. 56-cı dəqiqədə Dani hesabı açıb.

Matçın sonuna dəqiqələr qalmış Rahid Əmirquliyev fərqi ikiyə yüksəldib. 

Bununla da komandamız qrupda ilk qələbəsini qazanıb.