"Azərbaycanın hər sahəsi kimi futbolu da inkişaf edir. Şükürlər olsun ki, bu gün 2-0 hesablı qələbə qazandıq. Bu, bizim üçün böyük müvəfəqiyyətdir. Qələbəyə görə futbolçuları təbrik elədim.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağın fəxri prezidenti Abdulbari Gözəl "Qarabağ - PAOK (2:0) matçından sonra jurnalistlərə deyib.

O bildirib ki, "Qarabağsəfərdə də PAOK-a qalib gələ bilər: "Biz artıq rəqibi tanıdıq. Qurban müəllim səfər oyununa komandanı yaxşı hazırlaşdıracaq. Mən inanıram ki, orda da yaxşı olacaq. Nigaran deyiləm. "Qarabağ özünə güvənir, komandamızın özünə görə oyun üslubu var.

Klub rəhbəri "Qarabağın transfer siyasəti haqda danışıb: "Transfer məsələsi asan məsələ deyil. Yaxşı futbolçu gətirsən də, "Qarabağda oynaya bilmir. Dediyim kimi, "Qarabağın özünəməxsus oyun üslubu var. Ancaq biz həmişə futbolçu axtarırırq.

Abdulbari bəy "Qarabağın qrupdan çıxmaq şanslarını belə dəyərləndirib: "Vallah onu deyə bilmərəm. Ancaq "Qarabağa güvənirəm.

O qeyd edib ki, oyunu böyük həyəcanla izləyib: "İkinci qoldan sonra daha da rahatlaşdım. Bilirdim ki, "Qarabağ qalib gələcək.