"Bozbash pictures" komandasının lentə aldığı "Stalinin başı" filmi məhbuslar üçün nümayiş olunacaq.

Unikal.org axşam.az-a istinadən bildirir ki, bu haqda aktyor İlkin Həsəni xəbər verib. O, çəkilişlərin bir qisminin həbsxanada aparıldığını bildirib:

"4 gündür cəzaçəkmə müəssisələrindən birində çəkilişdə idik. Filmimizin növbəti çəkiliş məkanı bura idi. Çəkiliş üçün burada yaradılan şəraitə görə hər kəsə təşəkkür edirik. Söz veririəm, martda "Stalinin başı" komediyasının eksklüziv baxışı müəssisə məhbusları ilə birlikdə olacaq".

Qeyd edək ki, filmdə aktyorlar İlkin Həsəni, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, Ramil Babayev, İlkin Misgərli və başqaları rol alıblar.