Azərbaycan kikboks federasiyasının prezidenti, millət vəkili Adil Əliyev rinqə çıxır.

Bu barədə Azərbaycan kikboks üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazov AzNews.az-a açıqlama verib:
"Adil müəllim veteranlar arasında dünya çempionu olub. O, oktyabrın 23-də baş tutacaq Dünya çempionatında veteranlar arasında döyüşəcək".

Məlumata görə, millət vəkili bir müddətdir ciddi təlim-məşqlər keçir.