"Hər şey daxil" verilişində qonaq olan müğənni Xatirə İslam özünün biznesninin olduğunu açıqlayıb.

Unikal.org xəbər verir ki, sənətçi ailə qurduqdan sonra bir müddət biznesinə ara verdiyini söyləyib:

"Xına işinə yenicə başlamışdım ki, ailə qurdum. Xına üçün gətirdiyim divanın ilkində də özüm oturdum. Ailə qurduqdan sonra 1 il toylara da az-az getdim. Uşağım oldu və bir az böyüyəndən sonra yenidən biznesə qayıtdım. 5 ildir ki, xına mərasimlərini təşkilini edən şirkətim var." deyib.