Kürdəmir rayon sakini intihar edib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Beyi kəndində baş verib. Beyi kənd sakini 2000-ci il təvəllüdlü Nazəni Vaqif qızı Yunusova həyətlərindəki tövlədə özünü asaraq, intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.