Dünyaca məşhur ulduz Madonna Filippində verdiyi konserti zamanı 20 min insan qarşısında maraqlı etiraf edib. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, müğənni məşqçisinin onu aldatdığını deyib:

"Çox gözəl bir məşqçim var idi. Filippindən idi. Sevgilimlə birlikdə olduğu üçün onu qovdum".

Madonnanın dediyi şəxsin 5 il birlikdə çalışdıqdan sonra 2014-cü ildə ayrıldığı Nikol Uinhoffer olduğu ehtimal edilir. Nikol dünyanın bir çox yerində yerləşən idman zallarının sahibidir.