Göygöl şəhəri ərazisində rayon sakini, 20 yaşlı Məmməd Məmmədovun idarə etdiyi "VAZ 2107 markalı maşın qarşıda dönmə əməliyyatı edən digər avtomobillə toqquşub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, zərbənin təsirindən "VAZ 2107 yol kənarındakı beton səkiyə və işıqfora çırpılıb. İşıqfor yararsız hala düşüb. VAZ-ın sürcüsü və digər avtomobilin sərnişini, rayon sakini 60 yaşlı Ayaz Aşurov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.