Nazirlər Kabineti "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edib.

Unikal.org xəbər verir ki, kabinetdən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi "İnzibati orqanların Təsnifatı"na əlavə edilib.

Bu dəyişiklik "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 594 nömrəli fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə edilib.