Bu mövsümdən "O səs Türkiyə" yarışmasının münsiflər heyətinə qatılan Sibel Can çəkilişlərdə həyatının ən gözəl və rəngli günlərini yaşadığını bildirib.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Acun İlicalıdan gələn təklifi övladlarının təkidi ilə qəbul etdiyini açıqlayıb:

"Ortada ailə kimi bir heyətin işi var. Gökhan, Hakan, Murad, Hadisə və Acunun ürəkləri çox gözəldir. Məni tez-tez güldürürlər".