Oktyabrın 27-də Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev İtaliyada veteran idmançılar arasında keçiriləcək dünya çempionatında rinqə çıxacaq.

Məsələ ilə bağlı Unikal.org əməkdaşı deputat Adil Əliyevlə əlaqə saxlayıb.

O yarış barə öz təəssüratlarını bizimlə bölüşüb.

Oktyabrın 25-30-u tarixlərində İtaliyanın Karrera şəhərində kikboks üzrə həvəskar idmançılar arasında dünya çempionatının təşkil olunacağını vurğulayan A.Əliyev həmin yarışda Azərbaycanı təmsil edəcəyini deyib:

"İnşallah mən də ayın 27-də rinqə çıxacam. Rəqiblərimin kimlər olduğunu bilmirəm. Yarış həmyaşıdlar arasında keçiriləcək. Yəqin ki, mən də öz yaşıma uyğun veteran idmançılarla rinqə çıxacam. Təbii ki, rinqdə qalib gəlməyə çalışacam. Ancaq hər şeyi zaman göstərəcək. İndidən rəqiblərimin asan və ya güclü olduğunu demək mümkün deyil. Amma, bu idman növü ilə uzun müddət məşğul olduğuma görə, Allahın izniylə qələbə qazanacağıma inanıram.